Azərbaycan I Liqasında XIX turun oyunlarına start verilib. İki gün davam edəcək turun ilk oyun günündə turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan komandalar üz-üzə gələcək ki, bu da qarşılaşmaların əhəmiyyətini daha da artırır.
Bu gün baş tutacaq matçlarda ilk altılıqda yer alan kollektivlər meydana çıxacaq. Xüsusilə lider “Şəfa”nın və ən yaxın izləyicilərinin oyunları turun taleyi baxımından diqqət mərkəzindədir. Eyni zamanda “Baku Sportinq” – “Mingəçevir” görüşü turun mərkəzi qarşılaşması kimi qiymətləndirilir.
18 mart tarixində keçiriləcək XIX turun oyunları belədir:
- 15:00 — “Baku Sportinq” – “Mingəçevir”
Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Ruslan Babayev, Sənan Bayramzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Stadion: Buzovna qəsəbə stadionu - 15:00 — “Şəfa” – “Şahdağ Qusar”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Orxan İbişov, Kamran Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Stadion: Binə qəsəbə stadionu - 18:00 — “Səbail” – MOİK
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Sənan Atayev, Alik Yunusov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Stadion: “Bayıl Arena”



