Azərbaycan I Liqasında XIV turun ilk matçları bu gün keçirilib. İki gün davam edəcək turun start günündə üç qarşılaşma baş tutub və turun mərkəzi oyununda lider “Şəfa” növbəti qələbəni əldə edə bilməyib.
Günün ilk matçlarında turnir cədvəlinin ön sıralarında yer alan komandalar meydana çıxıb. İkinci pillənin sahibi “Baku Sportinq” MOİK-lə görüşdə üstün oyun nümayiş etdirərək vacib qələbə qazanıb. “Şahdağ Qusar” isə Cavid Hüseynovun rəhbərlik etdiyi “Cəbrayıl” üzərində məhsuldar qələbə əldə edib.
Turun ən çox gözlənilən qarşılaşmasında “Səbail” və “Şəfa” üz-üzə gəlib. Gərgin mübarizəyə baxmayaraq, komandalar qapılara yol tapa bilməyib və oyun qolsuz heç-heçə ilə başa çatıb.
Azərbaycan I Liqası – XIV tur (12 fevral):
“Şahdağ Qusar” – “Cəbrayıl” 4:2
Qollar:
- K.Adjey, 37
- P.Aqblevor, 43
- Y.Aşurov, 50
- C.Qurbanlı, 68
- A.Eli, 34 (Cəbrayıl)
- D.Açimi-pen, 60 (Cəbrayıl)
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Samir Qaracayev, Şamil İmanzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Məkan: Şamaxı Olimpiya İdman Kompleksi
“Baku Sportinq” – MOİK 2:0
Qollar:
- E.Tağıyev, 53
- X.Məmmədli, 90+5
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Ruslan Babayev, Mahmud Bağırzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Məkan: Buzovna qəsəbə stadionu
“Səbail” – “Şəfa” 0:0
Hakimlər: Rəşad Əhmədov, Orxan İbişov, Mirnihad Seyidov, Nahid Xasıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Məkan: “Bayıl Arena”



