Azərbaycan I Liqasında XVIII turun oyunları davam edir. Turun startı ötən gün verilib və ilk qarşılaşmada “Şəfa” “Şimal” üzərində 2:0 hesablı qələbə qazanıb. Bu gün isə ikinci oyun günündə azarkeşləri daha üç matç gözləyir.
Günün mərkəzi oyunu Mingəçevirə düşür
Turun ən çox diqqət çəkən görüşü “Mingəçevir” – “Səbail” qarşılaşması olacaq. Premyer Liqaya yüksəlmək hədəfi olan komandaların dueli Mingəçevirdə, Yaşar Məmmədzadə adına şəhər stadionunda (ehtiyat meydança) keçiriləcək. Matçın baş hakimi Əli Əliyev təyin olunub.
Günün digər oyunlarında “Şahdağ Qusar” Şamaxıda MOİK-lə üz-üzə gələcək. Ağsuda isə “Difai” liderin ən yaxın izləyicilərindən sayılan “Baku Sportinq”i sınağa çəkəcək. XVIII tura sabah yekun vurulacağı bildirilib.
Azərbaycan I Liqası, XVIII tur, 12 mart:
- 15:00 — “Şahdağ Qusar” – MOİK
Baş hakim: Ruslan Quliyev. Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. - 15:00 — “Difai” – “Baku Sportinq”
Baş hakim: Nicat İsmayıllı. Ağsu, şəhər stadionu. - 15:00 — “Mingəçevir” – “Səbail”
Baş hakim: Əli Əliyev. Mingəçevir, Y. Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).



