İdman Dünyasında 2025: Yeni İlin Ən Böyük Hadisələri

2025-ci il yeni Olimpiya dövrünün başlanğıcı kimi idman üçün mühüm əhəmiyyət kəsb edir. İdman təqvimində Azərbaycan azarkeşlərini maraqlandıran ən mühüm hadisələr aşağıdakılardır.

Güləş

2025-ci ildə müxtəlif yaş qrupları üzrə dünya və Avropa çempionatları, eləcə də 4 reytinq turniri keçiriləcək.

  • İlk reytinq turniri 5-9 fevral tarixlərində Xorvatiyanın Zaqreb şəhərində baş tutacaq.
  • U-23 Avropa Çempionatı 8-14 mart tarixlərində Albaniyanın Tiran şəhərində keçiriləcək.
  • Böyüklər arasında Avropa Çempionatı 7-13 aprel tarixlərində Slovakiyanın Bratislava şəhərində olacaq.
  • U-17 Dünya Çempionatı 28 iyul – 3 avqust tarixlərində Yunanıstanın Afinada keçiriləcək.
  • İlin əsas hadisəsi – böyüklər arasında Dünya Çempionatı isə 13-21 sentyabr tarixlərində baş tutacaq.

Cüdo

Cüdo təqvimi də zəngin tədbirlərlə doludur:

  • İlin ilk “Böyük Dəbilqə” turniri 1-2 fevral tarixlərində Fransanın Paris şəhərində keçiriləcək.
  • Bakı isə 14-16 fevral tarixlərində növbəti “Böyük Dəbilqə” turnirinə ev sahibliyi edəcək.
  • Avropa Çempionatı 23-27 aprel tarixlərində Çernoqoriyanın Podqoritsa şəhərində keçiriləcək.
  • Dünya Çempionatı isə 13-20 iyun tarixlərində Macarıstanın Budapeşt şəhərində olacaq.

Boks

Boksda ilin əsas hadisəsi böyüklər arasında Dünya Çempionatı ola bilər. Lakin bu yarışın keçirilməsi hələ də sual altındadır. Boksun Olimpiya proqramında qalıb-qalmayacağı ilə bağlı qeyri-müəyyənliklər var.

Şahmat

2025-ci il Azərbaycan şahmatçıları üçün də əlamətdar olacaq:

  • Azərbaycan çempionatı 31 yanvar – 15 fevral tarixlərində keçiriləcək.
  • Avropa Çempionatı oktyabr ayında Gürcüstanın Batumi şəhərində baş tutacaq.
  • İlin əsas hadisəsi – Dünya Kuboku, lakin yarışın dəqiq tarixi hələ açıqlanmayıb.

Taekvondo

Taekvondo üzrə Dünya Çempionatı hər iki ildən bir keçirilir.

  • Bu il çempionat 24-30 oktyabr tarixlərində Çinin Usi şəhərində baş tutacaq.
  • Gənclər arasında Dünya Çempionatı isə 10-14 may tarixlərində BƏƏ-nin Füceyra şəhərində keçiriləcək.

Voleybol

Azərbaycanın voleybol komandaları Avropa Liqasında mübarizə aparacaq:

  • Qadın komandamız Qızıl Avropa Liqasında, kişi komandamız isə Gümüş Avropa Liqasında çıxış edəcək. Hər iki yarış 30 may – 6 iyul tarixlərində keçiriləcək.

Formula-1 və Digər Əhəmiyyətli Yarışlar

  • Baki 19-21 sentyabr tarixlərində ənənəvi Formula-1 Qran-Prisinə ev sahibliyi edəcək.
  • MDB Oyunları Azərbaycanın 14 şəhərində keçiriləcək və əsas tədbirlər Gəncədə baş tutacaq. Oyunların dəqiq tarixi hələ bəlli deyil.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni