Beynəlxalq Gimnastika Federasiyası (FIG) aerobika üzrə yeni mövsüm başlamazdan əvvəl Azərbaycanı təmsil edən Vladimir Dolmatov və Medina Mustafayeva duetini xüsusi qeyd edib.
Azərbaycan cütlüyü Dünya Kubokuna hazırdır
21-23 mart tarixlərində Portuqaliyanın Kantañeda şəhərində aerobika üzrə Dünya Kubokunun ilk mərhələsi baş tutacaq. Turnirdə bir çox dünya liderləri iştirak edəcək.
FIG-in yaydığı məlumata görə, hazırkı çempionlar qarşıdakı mövsümə ciddi hazırlaşır. Xatırladaq ki, Medinə Mustafayeva 2021-ci ildə aerobik rəqs üzrə dünya çempionu olmuş, 2023-cü ildə isə Vladimir Dolmatovla birlikdə qarışıq duetdə gümüş medal qazanmışdı.
Əsas rəqiblər kimlərdir?
Azərbaycanlı idmançılar Dünya Kubokunun qalibi olmaq üçün güclü rəqiblərlə mübarizə aparmalı olacaqlar. Onların əsas rəqibləri Ukrayna və İtaliya duetləri olacaq.
FIG-in məlumatında qeyd olunur ki, hazırda Dünya Çempionatının və qarşıdakı Dünya Oyunlarının favoritləri yeni mövsümün startına ciddi hazırlaşırlar. Azərbaycan duetinin növbəti uğura imza atıb-atmayacağı turnirdə bəlli olacaq.



