Azərbaycan II Liqasının XIII turu bu gün üç matçla yekunlaşacaq. Lider Xankəndi Ağstafa Gəncləri saat 14:00-da Palms Sports Arena IV meydancasında sınağa çəkəcək. Yarım saat gec Göygöl Şirvanı, Ağdaş Dinamo-yu qəbul edəcək.
Bu gün keçiriləcək matçlar
- 14:00. Xankəndi – Ağstafa Gəncləri (Palms Sports Arena IV meydança). Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elman Kərimov, Nahid Xasıyev. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Nəriman Axundov.
- 14:30. Göygöl – Şirvan (Göygöl OİK stadionu). Hakimlər: Sənan Bayramzadə, Asif Abdullayev, Əkbər Əliyev, Rəsul Babayev. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Elman Musayev.
- 14:30. Ağdaş – Dinamo (Ağdaş şəhər stadionu). Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Elmin Süleymanov, Murad Səlimov. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ötən gün Kür-Araz Araz Saatlı-yı 4:1, Quba Şəmkir-i 1:0 yənib, Qaradağ Lökbatan – Şəki Siti matçı Şəkililərin imtinası ilə yerinə yetirilməyib.




