II Liqa XIV tur: “Qaradağ” 13 qolla zirvəyə çıxdı, “Xankəndi” də qalib gəldi

Azərbaycan II Liqasının XIV turu ilin son oyun günü 3 görüşlə davam edib və lider komandalar xal toplamağı davam etdib. “Şəki Siti”nin “Xankəndi” ilə matçından imtina edilməsi gözlənilsə də, futbolçular son an maaşlarını alaraq sahaya çıxaraq gözləntiləri pozublar.

İbrahim Uzuncanın rəhbərliyindəki “Xankəndi” Bakıdakı “Rekord Arena”da “Şəki Siti”ni 2:1 hesabı ilə məğlub edərək cədvəl zirvəsindəki mövqeyini qoruyub. Qonaqlar çətin mübarizədən sonra qələbə qazanıb, halbuki “Qaradağ Lökbatan” evində “Araz Saatlı” ilə oynadıqları matçda ilk yarıda 8 cavabsız qol ataraq ümumi hesabı 13:1-ə çatdırıb. Bu nəticə top fərqində liderliyi əldə etmələrinə imkan verdi.

Azərbaycan II Liqası XIV tur, 22 dekabr:

  • “Şəki Siti” – “Xankəndi” 1:2
    Qollar: R.Məhərrəmov, 15 – B.Teymurov, 26; 90+1.
  • “Qaradağ Lökbatan” – “Araz Saatlı” 13:1
    Qollar: R.Orucov, 1; 6; 20; 46; 54. F.Abbaslı, 8; 14; 26. İ.Hüseynov, 37; 44. T.Nəsibov, 46. R.Quliyev, 61. Sabir Allahquliyev, 83 – R.Əvəzov, 68.
  • “Quba” – “Ağdaş” 6:1
    Qollar: İ.İbrahimli, 3. N.Mollayev, 44. B.Köçərli, 54. V.Cəfərov, 77-pen; 79; 90-pen. – V.Nəsirov, 84.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni