Azərbaycan II Liqasında növbəti – XIX turun oyunlarına bu gün start veriləcək. Çempionatın bu mərhələsində komandalar üçün hər xal böyük əhəmiyyət daşıdığından, qarşılaşmaların gərgin və maraqlı keçəcəyi gözlənilir.
Turun ilk günündə üç oyun baş tutacaq. “Araz Saatlı” doğma meydanda “Quba”nı qəbul edəcək. Digər qarşılaşmada “Dinamo” komandası “Ağstafa Gəncləri” ilə üz-üzə gələcək. Günün son oyununda isə “Şirvan” klubu “Sheki City” ilə münasibətlərinə aydınlıq gətirəcək. Bütün görüşlər eyni vaxtda – saat 15:00-da start götürəcək.
II Liqa, 19-cu tur, 23 mart:
“Araz Saatlı” – “Quba” – 15:00
- Hakimlər: Rasim Musayev, Samir Qaracayev, Ruslan Məmmədov, Səbuhi Bayramov
- Hakim-inspektor: Münis Abdullayev
- AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
- Saatlı OİK stadionu
“Dinamo” – “Ağstafa Gəncləri” – 15:00
- Hakimlər: Sənan Bayramzadə, Orxan İbişov, Cavid Ömərov, Ləman Əmirli
- Hakim-inspektor: Əmrah İbrahimov
- AFFA nümayəndəsi: Asif Əliyev
- Binə qəsəbə stadionu
“Şirvan” – “Sheki City” – 15:00
- Hakimlər: Kamil Aydınov, Safalı Ağayev, Hüseyn Vəliyev, Rəsul Babayev
- Hakim-inspektor: İmanxan Sultani
- AFFA nümayəndəsi: Elçin Mehtiyev
- Şirvan OİK stadionu



