More

    III MDB Oyunları bu gün yekunlaşır: Bağlanış mərasimi və son mükafatçılar məlum olacaq

    Azərbaycanda keçirilən III MDB Oyunlarına bu gün rəsmi yekun vurulacaq. Yarışın son mükafatçıları Şəkidə bədii gimnastlar arasında baş tutacaq mübarizə ilə müəyyənləşəcək. Günün sonunda saat 19:00-da Gəncədəki şəhər stadionunda möhtəşəm bağlanış mərasimi təşkil olunacaq.

    Turnirdə ümumilikdə 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə iştirak edib. Azərbaycanın millisi 340 nəfərlik komanda ilə təmsil olunub. Bundan əlavə, Rusiyadan 262, Özbəkistandan 254, Belarusdan 240, Qazaxıstandan 147, Tacikistandan 144, Qırğızıstandan 126, Türkmənistandan 48, Türkiyədən 38, Kubadan 11, Küveyt və Oman isə müvafiq olaraq 6 və 4 idmançı ilə mübarizə aparıblar.

    III MDB Oyunları idman həmrəyliyinin nümunəsi olaraq ölkələr arasında dostluq və əməkdaşlığı möhkəmləndirdi. Bağlanış mərasimi iştirakçılar və tamaşaçılar üçün əlamətdar hadisə olacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni