III MDB Oyunlarında futbol üzrə püşkatma nəticələri açıqlandı

Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında futbol yarışının püşkü atılıb. Sport-az.com-un məlumatına görə, püşkatmanın nəticələrinə əsasən, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması A qrupunda Tacikistan və Qırğızıstan komandaları ilə qarşılaşacaq.

Turnirin qrupları:

A qrupu: Azərbaycan, Tacikistan, Qırğızıstan
B qrupu: Belarus, Rusiya, Özbəkistan

Yarışlar Qəbələ şəhər stadionunda keçiriləcək. Ümumilikdə 6 komanda iki qrupda mübarizə aparacaq.

  • Qrup qalibləri finalda qarşılaşaraq çempionu müəyyənləşdirəcəklər.
  • Qruplarda ikinci yeri tutan komandalar 3-cü yer uğrunda,
  • Üçüncü pillədə qərarlaşan kollektivlər isə 5-ci yer uğrunda üz-üzə gələcəklər.

Oyunların təqvimi:

A qrupu

  • 27 sentyabr, 12:00 – Tacikistan – Azərbaycan
  • 29 sentyabr, 14:00 – Qırğızıstan – Tacikistan
  • 1 oktyabr, 14:00 – Azərbaycan – Qırğızıstan

B qrupu

  • 27 sentyabr, 14:00 – Belarus – Rusiya
  • 29 sentyabr, 12:00 – Belarus – Özbəkistan
  • 1 oktyabr, 12:00 – Rusiya – Özbəkistan

Final mərhələsi

  • 3 oktyabr, 12:00 – 5-ci yer uğrunda oyun
  • 3 oktyabr, 14:00 – 3-cü yer uğrunda oyun
  • 4 oktyabr, 14:00 – Final

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni