III MDB Oyunlarında stolüstü tennis yarışı sona çatıb və qaliblər müəyyənləşib. Məlumatına görə, birinci yeri Rusiya komandası tutub. Rusiya idmançıları turniri 10 medal (9 qızıl, 1 gümüş) ilə başa vurublar.
Azərbaycan stolüstü tennisçiləri 6 gümüş və 3 bürünc medal qazanaraq ümumi hesabda ikinci yerə çıxıblar. Belarus isə 1 gümüş və 6 bürünc medal ilə üçüncü pillədə qərarlaşıb. Özbəkistan 1 gümüş, 6 bürünc medal toplayaraq dördüncü, Qazaxıstan isə 3 bürünc medal ilə beşinci olub.
Azərbaycan heyətində 3 qız və 3 oğlan idmançı iştirak edib. Fərdi yarışların finalında Adil Əhmədzadə rusiyalı Yevgeni Vasikova, Mərziyyə Nurmətova isə Zlata Terekovaya 0:3 hesabı ilə uduzaraq gümüş medal qazanıblar.
Eyni zamanda, Onur Quluzadə də fərdi yarışda rusiyalı Yevgeni Dosova 0:3 hesabı ilə məğlub olaraq gümüş mükafat əldə edib. Beləliklə, Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarını ümumilikdə 9 medal (6 gümüş, 3 bürünc) ilə başa vurublar.



