İkiqat dünya çempionu, Azərbaycan millisinin aparıcı idmançılarından olan Mixael Malkin Bakıda keçiriləcək Dünya Kubokunda iştirak etməyəcək.
Sport-Az xəbər verir ki, ilk siyahıda adı yer alsa da, püşkatmadan sonra Malkin heyətdən çıxarılıb.
Buna səbəb idmançının ayaq zədəsi almasıdır.
Azərbaycanı Milli Gimnastika Arenasında keçiriləcək turnirdə tamblinq yarışlarında Adil Hacızadə və Tofiq Əliyev, batut gimnastikasında isə Səlcan Məqsudova, Əli Niftəliyev, Nicat Mirzəyev, Mehdi Əliyev və Şəfiqə Qümbətova təmsil edəcək.
Qeyd edək ki, yarışlar 22-23 fevral tarixlərində baş tutacaq.