İkiqat olimpiya çempionu Laura Dalmaer ölü tapıldı

Biatlon üzrə ikiqat olimpiya çempionu Laura Dalmaerin ölüm xəbəri təsdiqlənib — o, Pakistandakı dağlarda həyatını itirib. Bu barədə idmançının nümayəndələri və Beynəlxalq Olimpiya Komitəsi məlumat veriblər.

Çərşənbə axşamı 31 yaşlı Dalmaerin əlaqəyə çıxmadığı məlum olub — onun qrupunun 5700 metr hündürlükdə daşqopan altında qaldığı bildirilib. Həmin an Laura ilə birlikdə olan Marina Krauss dağıntıdan xilas ola bilib və yardım çağırıb.

Lakin aparılan xilasetmə əməliyyatı uğursuz olub — Dalmaeri xilas etmək mümkün olmayıb.

Laura Dalmaer Dünya Kuboku tarixinin ən uğurlu biatlonçularından biri hesab olunur. O, 2013-cü il martın 1-də Osloda debüt edib və ilk dünya çempionluğunu 2015-ci ildə Kontyolaxdakı estafet yarışında qazanıb. Ümumilikdə 7 dəfə dünya çempionu olub.

2018-ci ildə Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarında isə Dalmaer sprint və təqib yarışlarında qızıl, fərdi yarışda isə bürünc medal əldə etmişdi.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni