“İmişli”nin legioneri “Turan Tovuz” qarşısında iddialı danışdı

“İmişli”nin braziliyalı müdafiəçisi Ronaldo Rodrigez de Souza “Turan Tovuz”la qarşıdakı oyuna dair açıqlama verib. Sport-az.com xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi Misli Premyer Liqasının ilk turunu şərh edib və matç öncəsi iddialı danışıb:

Souza klubun mətbuat xidmətinə deyib:
“Yaxşı oynamaq və müsbət nəticə qazanmaq üçün hər gün məşq edirik. Komandamıza inanıram və ümidvaram ki, rəqabətə yaxşı start vermək üçün əlimizdən gələni əsirgəməyəcəyik.”

Futbolçu həmçinin qeyd edib ki, qarşılaşma gərgin və maraqlı keçəcək. Əsas məqsəd isə mövsümə uğurlu başlanğıc etməkdir. Qeyd olunur ki, “İmişli” və “Turan Tovuz” komandalarının qarşılaşması avqustun 16-da Şamaxıda təşkil olunacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni