Almaniya futbolunun əfsanələrindən biri olan Lotar Matteus “Bayern Münhen”in qapıçısı Manuel Noyeri tənqid edib.
Sport-az.com xəbər verir ki, “Bayern & Germany”nin məlumatına görə, Matteus bunları deyib:
“Manuelin qəlbinə dəymək istəmirəm, amma o, daha komandanın dayağı deyil. Onun oyunu dəyişib. Əvvəllər Manuel hər epizodu “oxuyur”, hər şeyi nəzarətdə saxlayır, əla ötürmələrlə hücumları başlayırdı. Hazırda müdafiənin təhlükəsizliyini təmin edə bilmir. İndi Noyer Noyer deyil.”
Qeyd edək ki, 38 yaşlı Noyerin “Bayern Münhen”lə müqaviləsi cari mövsümün sonunda bitəcək.