İngiltərə Premyer Liqası 2025/2026 mövsümünün oyun cədvəlini rəsmi şəkildə açıqlayıb. Sport-az.com xəbər verir ki, yeni mövsümün ilk turu 15 avqust 2025-ci ildə, son – 38-ci turu isə 24 may 2026-cı ildə keçiriləcək.
1-ci turun oyun cədvəli (Bakı vaxtı ilə):
15 avqust, cümə
- 23:00 – “Liverpul” – “Bornmut”
16 avqust, şənbə
- 15:30 – “Aston Villa” – “Nyukasl Yunayted”
- 18:00 – “Brayton end Houv Albion” – “Fulhem”
- 18:00 – “Nottingem Forest” – “Brentford”
- 18:00 – “Sanderlend” – “Vest Hem Yunayted”
- 18:00 – “Tottenhem Hotspur” – “Börnli”
- 20:30 – “Vulverhempton” – “Mançester Siti”
17 avqust, bazar
- 17:00 – “Çelsi” – “Kristal Pelas”
- 19:30 – “Mançester Yunayted” – “Arsenal”
18 avqust, bazar ertəsi
- 23:00 – “Lids Yunayted” – “Everton”
Premyer Liqanın tam oyun cədvəli ilə turnirin rəsmi saytında tanış olmaq mümkündür.
Xatırladaq ki, İngiltərə çempionatının son qalibi “Liverpul” klubudur.



