İordaniya futbol üzrə milli komandası tarixində ilk dəfə olaraq Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Sport-az.com-un məlumatına görə, bu tarixi uğura komanda 2026-cı il dünya çempionatının seçmə mərhələsində Oman üzərində 3:0 hesablı səfər qələbəsi ilə nail olub.
B qrupu: vəsiqə bir tur əvvəl təmin olundu
İordaniya millisi üçüncü mərhələnin son turuna bir tur qalmış 16 xal toplayaraq B qrupunda ikinci pilləni təmin edib və birbaşa vəsiqə əldə edib. Komanda bu nəticə ilə üçüncü yerdə qərarlaşan İraqı 4 xal qabaqlayır.
Cənubi Koreya – 11-ci dəfə ardıcıl Dünya Çempionatında
Qrupun lideri Cənubi Koreya isə 19 xalla ilk sırada qərarlaşıb və tarixində 11-ci dəfə ardıcıl olaraq dünya çempionatına vəsiqə qazanıb. Daha əvvəl İran və Özbəkistan A qrupundan 2026 Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanmışdılar. Bu nəticə İordaniya futbolu üçün böyük dönüş nöqtəsidir və ölkənin futbol tarixində yeni səhifə açır.



