More

    “Ironman” Bakıya Gəlir

    Gələn il Azərbaycanda dünyaca məşhur “Ironman” triatlon yarışı keçirilə bilər.

    Sport-az.com xəbər verir ki, Azərbaycanın Triatlon Federasiyası bu məşhur brendi ölkəyə gətirmək üçün danışıqlar aparır. Hazırda danışıqların yekunlaşmaq üzrə olduğu bildirilir.

    “İronman” yarışları, dünya üzrə minlərlə triatlon həvəskarını bir araya gətirən ən kütləvi yarışlardan biridir. Yarış üç əsas mərhələdən ibarətdir: 3,86 km üzgüçülük, 180 km şosse velosipedi və 42,195 km marafon qaçışı.

    2005-ci ildən başlayaraq Ironman 70.3 yarışları keçirilməyə başlayıb. Bu, “Polo Ironman” adlanan qısaldılmış məsafəni əhatə edir: 1,9 km üzgüçülük, 90 km velosiped yürüşü və 21,1 km qaçış. Daha az məsafə ilə də olsa, bu yarış yüksək maraq doğurur və “Yarım Dəmir Məsafə” adı ilə tanınır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni