Bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan nümayəndə heyəti müxtəlif idman növlərində gücünü sınayacaq. Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən mötəbər yarışda qadınlardan ibarət 3×3 basketbol millimiz qrup mərhələsində iki görüş keçirəcək: komanda saat 17:00-da meydan sahibləri ilə, saat 21:10-da isə Türkiyə yığması ilə qarşılaşacaq.
Həndbol yığması Qazaxıstan millisi ilə qrup matçına çıxacaq – oyunun startı Bakı vaxtı ilə 14:00-da veriləcək. Taekvondo yarışlarında Nərgiz Kazımova (63 kq), Riyad Şirəliyev (67 kq) və Eltac Qafarov (+83 kq) dayanqda fəxri kürsü uğrunda döyüşəcək.
Paraatletikada Samir Nəbiyev (F57) nüvə atmada, atletikada isə Yekaterina Sarıyeva üçtəkanla tullanma üzrə çıxış edəcək. Qılıncoynatma yarışında isə Ruslan Həsənov və Vahab Fətullayev şpaqa, Palina Kaspiaroviç və Səbinə Kərimova sablya növündə mübarizə aparacaqlar.
Hazırda Azərbaycanın aktivində İslamiadada 42 medal (5 qızıl, 14 gümüş, 23 bürünc) var və nümayəndə heyəti medal sıralamasında 9-cu pilləni tutur. Yarışlara noyabrın 21-də yekun vurulacaq.



