More

    İspaniya Kuboku: “Atletiko” “Xetafe”ni darmadağın edərək yarımfinala vəsiqə qazandı

    İspaniya Kubokunun 1/4 final mərhələsində Madrid “Atletiko”su “Xetafe”ni qəbul etdi.

    Sport-Az xəbər verir ki, “Riyad Eyr Metropolitano” stadionunda keçirilən matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Oyunun 8-ci dəqiqəsində “Atletiko”nun argentinalı hücumçusu Juliano Simeone hesabı açıb. 9 dəqiqə sonra o, dubla imza atıb. Matçın 42-ci dəqiqəsində isə braziliyalı forvard Samuəl Lino komandasının üçüncü qolunu vurub.

    İkinci hissədə “Xetafe” daha iki qol buraxıb. 78-ci dəqiqədə Anxel Korrea, 86-cı dəqiqədə isə Aleksandr Serlot fərqlənərək yekun nəticəni müəyyənləşdirib.

    Beləliklə, “Atletiko” İspaniya Kubokunun 2024/2025 mövsümündə ilk yarımfinalçı olub.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni