Dünya reytinqində 11-ci yerdə qərarlaşan ispan tennisçisi Paula Badosa WTA-500 kateqoriyalı Charleston turnirində iştirak etməyəcək. ABŞ-ın Cənubi Karolina ştatında 29 mart – 6 aprel tarixlərində keçiriləcək yarışa onun adı çəkilmişdi. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı tennisçi daha öncə Mayamidə keçirilən “Masters-1000” seriyalı turnirin üçüncü mərhələsində danimarkalı Klara Tausona qarşı oynadığı oyunda (6:3, 7:6 (7:3)) belindən zədə almışdı. Həmin zədə səbəbilə Badosa dördüncü raundda filippinli Aleksandra Eala ilə qarşılaşmadan imtina etmişdi.
Qeyd edək ki, Paula Badosa karyerası ərzində WTA turnirlərində 4 dəfə çempion olub və bir müddət dünya reytinqində ikinci yeri tutub.