More

    İstanbul Park uzunmüddətli F-1 müqaviləsi əldə etməyə çalışır

    Türkiyədə Formula 1 yarışlarının təşkilinə cavabdeh olan qurumlar İstanbul Parkın gələcək illərdə dünya çempionatının sabit mərhələlərindən birinə çevrilməsi üçün danışıqları intensivləşdirib.

    Hazırda tərəflər arasında ilkin razılaşma mövcuddur və Türkiyə Qran-prisinin 2027-ci ildə təqvimə qayıtması artıq böyük ehtimalla baş tutacaq.

    Hədəf: 5 illik müqavilə və davamlı təşkilatçılıq

    Organizatorlar yalnız birillik və ya dövriyyətli qaydada qayıdışla kifayətlənmək niyyətində deyillər. İstanbul Park rəhbərliyi Formula 1-lə ən azı 5 illik uzunmüddətli müqavilə bağlamaq istəyir və bu razılaşmanın gələcəkdə uzadılması üçün də imkanların olmasını vacib hesab edir.

    Bununla belə, F-1 idarəçilərinin hazırkı strategiyası bir sıra trasların alternativlik formatında, yəni mövsümlər üzrə növbələşmə şəklində keçirilməsi üzərində qurulur. Məhz buna görə də İstanbul Parkın istəyinin tam şəkildə reallaşmasının nə dərəcədə mümkün olacağı hələlik bəlli deyil.

    Formula 1 daxilində mövcud yanaşmaya əsasən, 2027-ci ildən etibarən Spa (Belçika) və Barselona (İspaniya) Qran-priləri də növbələşmə formatına keçiriləcək. Bu dəyişiklik təqvimin həm maliyyə, həm də coğrafi baxımdan daha balanslı olmasına yönəlib.

    İstanbul Park isə dünya çempionatına yenidən daimi şəkildə qoşulmağı hədəfləyir və uzunmüddətli müqavilənin həm ölkə turizmi, həm də yarışın prestiji baxımından böyük faydalar gətirəcəyini bildirib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni