More

    İtaliya A Seriyasında çempion bu gün müəyyənləşəcək

    Bu axşam İtaliya A Seriyasının 2024/25 mövsümünə yekun vurulacaq və çempion adına sahib çıxacaq komanda bəlli olacaq.

    Son tur – həlledici qarşılaşmalar

    Sport-az.com xəbər verir ki, XXXVIII turun ilk oyun günündə iki vacib görüş baş tutacaq:

    • 22:45 – “Kom” – “İnter”
    • 22:45 – “Napoli” – “Kalyari”

    Çempionluq üçün əsas namizədlər: “Napoli” və “İnter”

    Hazırda turnir cədvəlinin zirvəsində 79 xalla “Napoli” qərarlaşıb. Yalnız bir xal geridə olan “İnter” isə ikinci pillədədir. Bu oyunların nəticələri mövsümün qalibini müəyyənləşdirəcək:

    • Əgər “Napoli” qələbə qazansa, çempionluğunu rəsmiləşdirəcək.
    • Heç-heçə və ya məğlubiyyət halında isə çempion titulunu “İnter” əldə edəcək – təbii ki, özü də eyni vaxtda “Komo”nu məğlub etməlidir.

    A Seriyasında gərgin gecə gözlənilir

    Bütün diqqətlər bu axşam baş tutacaq oyunlara yönələcək. Hər iki görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. İtaliya futbolunun 2024/25 mövsümündə çempion bu qarşılaşmalardan sonra məlum olacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni