“Çelsi”nin hücumçusu Joao Feliks mövsümün ikinci yarısını İtaliyada keçirəcək. Portuqaliyalı futbolçu “Milan”a keçib.
Sport-Az xəbər verir ki, klub artıq onu A Seriyasının rəsmi saytında sifariş siyahısına daxil edib.
Qeyd edək ki, Feliks “Milan”a icarə əsasında keçib. Müqavilədə daimi transfer üçün satınalma opsiyası nəzərdə tutulmayıb.
Joao Feliksin bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir. Cari mövsümdə o, 20 oyunda çıxış edib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib. O, əvvəllər “Atletiko Madrid”, “Barselona”, “Benfika” və digər klublarda oynayıb.



