Braziliyalı futbolçu Julio Romao, “Qarabağ”dan Macarıstanın “Ferensvaroş” klubuna keçidini rəsmiləşdirdikdən sonra Ağdam klubuna və Azərbaycana təşəkkür edib.
Sport-Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Qarabağ” azarkeşləri ilə vidalaşıb:
“Salam hər kəsə. Artıq vidalaşmaq vaxtıdır. Burada keçirdiyim anlar üçün hər kəsə təşəkkür edirəm. “Qarabağ”a uğurlar arzulayıram və sizi həmişə dəstəkləyəcəyəm. Çox sağ ol, “Qarabağ”! Çox sağ ol, Azərbaycan!”
Romao və “Qarabağ” müqaviləni qarşılıqlı razılıqla ləğv etdi
- “Qarabağ” və Julio Romao arasındakı müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.
 - Romao 2022-ci ildən etibarən “Qarabağ”da çıxış edib, 120 oyunda iştirak edib və 2 qol vurub.
 - O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə isə ölkə kubokunun qalibi olub.
 
Macarıstan klubuna keçid və Kadi Borjesin geri dönüşü
- Romao artıq Macarıstanın paytaxtı Budapeştdədir və tibbi müayinədən keçir.
 - Tibbi yoxlamadan sonra “Ferensvaroş” ilə rəsmi müqavilə imzalayacaq.
 - “Ferensvaroş” bu transferin qarşılığında Kadi Borjesi “Qarabağ”a qaytarıb.
 - “Qarabağ” 4 fevralda Kadi ilə 4 illik müqavilə bağlayıb.
 



