2026-cı ildə “Formula 1″də debüt etməyə hazırlaşan “Kadillac” komandası artıq paddokda diqqət mərkəzindədir. General Motors-un bu yeni layihəsi digər komandaların əməkdaşlarını cəlb etmək üçün yüksək maaşlar təklif edir.
“Bu – oyunun bir hissəsidir”
“Sport-az.com”un məlumatına görə, “Haas” komandasının rəhbəri Ayao Komatsu bu barədə Almaniyanın Motorsport-Total nəşrinə açıqlama verib: “Əgər siz ‘Aston Martin’dən soruşsanız, onlar da təsdiq edəcəklər. ‘Kadillac’ təcrübəli işçiləri cəlb etmək üçün həqiqətən də çox cazibədar təkliflər irəli sürür. Amma bu, oyunun bir hissəsidir. Mən şikayət etmirəm.”
2026-cı il – rəsmi start
Xatırladaq ki, 2024-cü ilin noyabrında Formula 1 rəhbərliyi General Motors və onun brendi olan “Kadillac” ilə razılığa gəldiyini və komandanın 2026-cı ildən çempionata qoşulacağını rəsmi olaraq elan etmişdi. Bu addım F1-də mühəndislik və texniki heyət uğrunda mübarizəni daha da gərginləşdirib.