Azərbaycanın yeniyetmə və gənc karateçiləri İtaliyanın Venetsiya şəhərinə dünya çempionatında iştirak etmək üçün yola düşüblər.
Sport-az.com-in məlumatına görə, komandamız oktyabrın 9-13-də baş tutacaq 13-cü dünya çempionatında ölkəmizi təmsil edəcək.
Yığmamızın heyətində 25 karateçi yer alıb. İdmançılarımız kumite və kata növlərində baş məşqçi Anar Allahverdiyev, məşqçilər Seymur Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında çıxış edəcəklər.
Dünya çempionatında ölkəmizdən iki hakim ədaləti qoruyacaq. AKF-nin Hakimlər Komitəsinin sədri Cahangir Babayev və 14-17 yaşlı idmançılardan ibarət kata üzrə yığmanın baş məşqçisi Vüqar Kərimov bu turnirdə hakimlik edəcəklər.
Qeyd edək ki, Azərbaycan karate yığması yarışa Azərbaycan Karate Federasiyasının (AKF) baş katibi Qabil Sayadovun rəhbərliyi altında qatılıb.