İspaniya məhkəməsi tanınmış italyan futbol məşqçisi Karlo Ançelottini vergidən yayınma işi üzrə bir il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Məhkəmə qərarına əsasən, 2014-cü ildə Madrid “Real”ının baş məşqçisi olduğu dövrdə Ançelotti öz təsvirinin reklamlarda istifadəsindən əldə etdiyi gəlirlər üzrə vergiləri ödəməyib.
Reuters-in məlumatına görə, İspaniyada zorakılıqla əlaqəsi olmayan cinayətlər üzrə iki ilə qədər həbs cəzası alan şəxslər adətən real cəza çəkmirlər.
Karlo Ançelotti futbol tarixində ən uğurlu məşqçilərdən biri hesab olunur. Son illərdə yenidən “Real Madrid”ə rəhbərlik edib və istefadan sonra Braziliya millisinin baş məşqçisi təyin olunub.



