“Sport-az.com” xəbər verir ki, Edinson Kavani “Boka Xuniors” ilə müqaviləsini uzadıb və komandada qalacaq. Uruqvaylı hücumçu, klubun təklif etdiyi yeni müqaviləni qəbul edərək, 2025-ci ilin dekabrına qədər Argentina nəhəngi ilə əməkdaşlığını davam etdirəcək.
37 yaşlı təcrübəli forvard futbolçu karyerasını məhz “Boka Xuniors”da başa vuracağını bildirib. Kavani daha əvvəl “Danubio”, “Palermo”, “Napoli”, PSJ, “Mançester Yunayted” və “Valensiya” kimi klublarda çıxış edib və 2023-cü ildə “Boka Xuniors” ilə müqavilə imzalamışdı.