Azərbaycan Premyer Liqasının XIX turunda keçirilən “Kəpəz” – “Turan Tovuz” matçı Gəncə klubunun 5:2 hesablı qələbəsi ilə başa çatdı.
Sport-Az xəbər verir ki, bu oyunla “Turan Tovuz” Premyer Liqa tarixində ilk dəfə bir oyunda 4-dən çox qol buraxıb. Eyni zamanda, “Kəpəz” komandası 11 il 8 ay sonra bir oyunda 5 və daha çox qol vurmağı bacarıb. Sonuncu dəfə bu nəticə 13 may 2013-cü ildə “Turan”la səfər oyununda (5:3) qeydə alınmışdı.
Daha maraqlısı odur ki, “Kəpəz” sonuncu dəfə ev oyununda 5 və daha çox qol vurduğu zaman təxminən 19 il əvvəl idi. Bu tarixi hadisə 29 may 2006-cı ildə MOİK üzərində 5:3 hesablı qələbə ilə baş vermişdi.
Qeyd edək ki, bu matçda vurulan 7 qol mövsümün ən məhsuldar oyunu kimi qeyd olunub. Eyni sayda qol 4 oktyabrda keçirilən “Kəpəz” – “Neftçi” oyununda (4:3) da qeydə alınmışdı.



