More

    “Kəpəz” Keniya millisinin müdafiəçisini heyətinə qatdı

    Gəncənin “Kəpəz” klubu heyətini yeni transferlə gücləndirib. Komanda Keniya millisinin üzvü, təcrübəli mərkəz müdafiəçisi Conston Omurvanı mövsümün sonuna qədər heyətinə cəlb edib.

    26 yaşlı futbolçu son olaraq Səudiyyə Ərəbistanının “Əbha” klubunda çıxış edib. Bundan öncə o, Portuqaliyanın “Eştrela” komandasında da forma geyinib. Omurva həmçinin Keniya millisinin heyətinə dəvət olunmuş oyunçulardandır və əsasən mərkəz müdafiə xəttində oynayır.

    “Kəpəz”in bu transferlə müdafiə xəttini möhkəmləndirmək və Premyer Liqadakı mövqeyini yaxşılaşdırmaq niyyətində olduğu bildirilir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni