“Kəpəz” klubu Azər Bağırovun baş məşqçi təyin edilməsindən öncə əcnəbi mütəxəssis Yuri Maksimovla danışıqlar aparıb. Lakin tərəflər maaş məsələsində razılığa gələ bilməyiblər.
Ukraynalı mütəxəssis “sarı-göylər”dən daha yüksək məvacib tələb edib, lakin klub rəhbərliyi bu məbləği ödəmək imkanlarının olmadığını bildirib. Nəticədə, “Kəpəz” rəhbərliyi Azər Bağırova müraciət edib.
Qeyd edək ki, Azər Bağırovla klub mövsümün sonunadək əməkdaşlıq üçün müqavilə imzalayıb.



