“Kəpəz” yayda heyətinə qatdığı daha bir legionerlə yollarını ayırıb. Sport-az.com-ın əldə etdiyi məlumatlara görə, mövsümlərarası fasilədə “sarı-göylər”in komandasında yer alan Keverton Resende Markolinonun çıxışı baş məşqçi Azər Bağırovu qane etmədiyindən, braziliyalı futbolçu komandadan ayrılıb.
23 yaşlı dayaq yarımmüdafiəçisi ilə klub arasında 1+1 şərti ilə müqavilə imzalanmışdı.
Qeyd edək ki, məşhur “transfermarkt” portalı da Kevertonun sentyabrın 9-dan etibarən “Kəpəz” klubunu tərk etdiyini təsdiqləyib.