More

    “Keyni ‘Darmştadt’la oyunda het-trik etməyə gətirməyiblər” – Ditmar Haman

    “Bayern Münhen”in və Almaniya millisinin sabiq futbolçusu Ditmar Haman, ingilis hücumçu Harri Keyni tənqid edib.

    Sport-az.com xəbər verir ki, “Sky Sport”un məlumatına görə, Haman Keynin performansı ilə bağlı fikirlərini bildirib: “Onu ‘Bayern’ə ‘Darmştadt’la oyunda het-trik etməyə gətirməyiblər. Keyni bu kluba ‘Bayer Leverkuzen’ və ‘Aston Villa’ kimi rəqiblərə qol vurmaq, həmçinin Çempionlar Liqasının 1/4 finalında nəyə qadir olduğunu göstərməsi üçün transfer ediblər. Amma hələ gözlənilənləri verməyib, ona hələ də skeptik yanaşıram.”

    Xatırladaq ki, Bundesliqanın son turunda “Bayern Münhen” “Bayer Leverkuzen”lə 1:1 hesabı ilə heç-heçə edib, ardınca isə Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Aston Villa”ya 0:1 hesabı ilə məğlub olub.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni