FIFA, 2025-ci ildə ABŞ-da keçiriləcək genişləndirilmiş formatlı Klublararası Dünya Çempionatının tam qrup siyahısını açıqlayıb. İyunun 15-dən iyulun 13-dək davam edəcək mötəbər yarışda 32 komanda iştirak edəcək.
Bu il ilk dəfə 32 komandanın mübarizə apardığı turnirdə klublar 8 qrupa bölünüb. Hər qrupda 4 komanda yer alıb. Pley-off mərhələsinə hər qrupdan 2 ən yaxşı komanda vəsiqə qazanacaq. Final oyunu 13 iyulda Nyu-Cersidəki “MetLife” stadionunda baş tutacaq.
Turnirin son iştirakçısı
Turnirdə sonuncu iştirakçı ABŞ-ın “Los-Anceles” klubu olub. Bu komanda, sahibliyə dair qayda pozuntusuna görə iştirakdan kənarlaşdırılan “Leon” (Meksika) klubunun yerinə qatılıb. Qeyd edək ki, “Leon” və “Paçuka” eyni şirkətə məxsusdur və bu, FIFA qaydalarına ziddir.
Əvəzləyici seçim oyununda “Los-Anceles” əlavə vaxtda Meksikanın “Amerika” klubunu 2:1 hesabı ilə məğlub edib. Qələbə qolunu 115-ci dəqiqədə Denis Buanga vurub. Həmçinin, ukraynalı müdafiəçi Artem Smolyakov da komandanın heyətində turnirdə iştirak edəcək.
Qrupların tərkibi:
A qrupu
- Palmeiras (Braziliya)
- Porto (Portuqaliya)
- Əl-Əhli (Misir)
- İnter Mayami (ABŞ)
B qrupu
- PSJ (Fransa)
- Atletiko Madrid (İspaniya)
- Botafogo (Braziliya)
- Sietl Saunders (ABŞ)
C qrupu
- Bavariya (Almaniya)
- Oklend Siti (Yeni Zelandiya)
- Boka Xuniors (Argentina)
- Benfika (Portuqaliya)
D qrupu
- Flamenqo (Braziliya)
- Esperans (Tunis)
- Çelsi (İngiltərə)
- Los-Anceles (ABŞ)
E qrupu
- River Pleyt (Argentina)
- Urawa Red Diamond (Yaponiya)
- Monterrey (Meksika)
- İnter (İtaliya)
F qrupu
- Fluminense (Braziliya)
- Borussiya Dortmund (Almaniya)
- Ulsan (Cənubi Koreya)
- Mamelodi Sundowns (CAR)
G qrupu
- Mançester Siti (İngiltərə)
- Vidad (Mərakeş)
- Əl-Əyn (BƏƏ)
- Yuventus (İtaliya)
H qrupu
- Real Madrid (İspaniya)
- Əl-Hilal (Səudiyyə Ərəbistanı)
- Paçuka (Meksika)
- RB Zaltsburq (Avstriya)



