Klublararası Dünya Çempionatı: “Mançester Siti” “Vidad” üzərində qələbə qazandı – 2:0

Klublararası Dünya Çempionatının G qrupunda baş tutan qarşılaşmada İngiltərə nəhəngi “Mançester Siti” Mərakeşin “Vidad” klubunu 2:0 hesabı ilə məğlub etdi.

“Lincoln Financial Field” stadionunda keçirilən oyunda “şəhərlilər” artıq ilk hissədə hesabı təyin etdilər. Oyunun 2-ci dəqiqəsində Fil Foden qola imza atdı, 42-ci dəqiqədə isə Ceremi Doku onun ötürməsini dəqiq zərbə ilə tamamlayaraq fərqi iki topa çatdırdı. Fodenin qol+pas performansı sayəsində Pep Qvardiolanın komandası fasiləyə üstün yollandı və bu hesab oyunun sonuna qədər dəyişmədi.

“Vidad” əsasən müdafiə planı ilə çıxış etsə də, zaman-zaman təhlükəli hücumlar qurmağa çalışdı. Buna baxmayaraq, “Mançester Siti”nin müdafiə xətti etibarlı təsir bağışladı. Oyunun 88-ci dəqiqəsində “şəhərlilər”in futbolçusu Rico Lyuis qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu, lakin bu, hesabın dəyişməsinə təsir etmədi.

Növbəti oyunlar:

  • 22 iyun – “Vidad” “Yuventus”la qarşılaşacaq
  • 23 iyun – “Mançester Siti” “Əl-Ayn” ilə üz-üzə gələcək

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni