Konfrans Liqası: “Samsunspor” uduzdu, “Şaxtyor” səfərdə üstün oldu

UEFA Konfrans Liqasının 1/8 final mərhələsi start götürüb. Turnirin ilk oyun günündə Avropanın müxtəlif şəhərlərində maraqlı və gərgin qarşılaşmalar baş tutub.

Türkiyəni təmsil edən “Samsunspor” doğma meydanda İspaniyanın “Rayo Valyekano” klubunu qəbul edib. Görüş qonaqların üstünlüyü ilə başa çatıb və ispanlar 3:1 hesablı qələbə qazanaraq cavab oyunu öncəsi ciddi üstünlük əldə ediblər.

Digər diqqətçəkən matçlardan biri Polşada keçirilib. Arda Turanın baş məşqçisi olduğu Donetsk “Şaxtyor”u səfərdə “Lex” ilə qarşılaşıb və inamlı oyun nümayiş etdirərək 3:1 hesablı qələbə qazanıb. Bu nəticə Ukrayna klubunun 1/4 finala yüksəlmək şansını xeyli artırıb.

Digər oyunlarda maraqlı nəticələr

Günün digər qarşılaşmalarında da müxtəlif nəticələr qeydə alınıb. İngiltərədə keçirilən “Kristal Pelas” – AEK matçı qolsuz bərabərliklə başa çatıb. Çexiyada “Siqma” və Almaniyanın “Maynts” komandaları da qalibi müəyyənləşdirə bilməyiblər.

İtaliyada isə “Fiorentina” azarkeşləri qarşısında Polşanın “Rakuv” klubunu çətin mübarizədə məğlub edib. Qarşılaşmada qalib penalti qolu ilə müəyyənləşib.

UEFA Konfrans Liqası – 1/8 finalın ilk oyunları:

  • Samsunspor (Türkiyə) – Rayo Valyekano (İspaniya) 1:3
    Qollar: Marius, 21 – Alemao, 15; 78. A. Qarsiya, 40.
  • Riyeka (Xorvatiya) – Strasburq (Fransa) 1:2
    Qollar: Maystoroviç, 76 – Panikelli, 2. Qodo, 72.
  • Alkmar (Niderland) – Sparta (Çexiya) 2:1
    Qollar: Parrott, 29; 87 – Voyta, 50.
  • Lex (Polşa) – Şaxtyor (Ukrayna) 1:3
    Qollar: İshak, 70 – M. Qomes, 36. Neverton, 48. İ. Silva, 85.
  • Kristal Pelas (İngiltərə) – AEK (Larnaka, Kipr) 0:0
  • Siqma (Çexiya) – Maynts (Almaniya) 0:0
  • Fiorentina (İtaliya) – Rakuv (Polşa) 2:1
    Qollar: Ndur, 62. Qudmundsson, 90+3 (pen.) – Brunes, 60.
  • Çelye (Sloveniya) – AEK (Yunanıstan) 0:4
    Qollar: Varqa, 3. Koita, 33. Qaçinoviç, 36. Mukudi, 49.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni