More

    KONKAKAF Millətlər Liqasında finalçılar bəlli oldu

    KONKAKAF Millətlər Liqasının yarımfinal mərhələsi dramatik qarşılaşmalarla yadda qalıb. Yarımfinalda Panama yığması ABŞ-a 1:0 hesabı ilə qalib gəlib, Meksika isə Kanada üzərində 2:0 hesablı inamlı qələbə qazanıb.

    Panama millisinin qələbə qolunu əlavə olunmuş vaxtın dördüncü dəqiqəsində Sesilio Uoterman vurub. Qolun ardından o, matçı şərhçi qismində izləyən əfsanəvi futbolçu Tieri Anri ilə birlikdə sevincini bölüşüb. Bu an sosial şəbəkələrdə böyük marağa səbəb olub.

    Digər yarımfinalda isə “Fulhem”in hücumçusu Raul Ximenes iki dəfə fərqlənərək Meksikanı finala daşıyan əsas fiqura çevrilib.

    Qeyd edək ki, KONKAKAF Millətlər Liqasının final oyunu ABŞ-ın Kaliforniya ştatında yerləşən SoFi Stadium-da, İnglvuud şəhərində baş tutacaq. Bu qarşılaşma Panama və Meksika yığmalarının region çempionluğu uğrunda həlledici mübarizəsinə səhnə olacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni