More

    Kori Qauff: “Məğlub olanda insanlar düşünür ki, nəsə problemim var və mənə yazmağa başlayırlar”

    Dünya tennisinin üçüncü raketkası Kori Qauff, məğlub olduğu zaman insanların ona fərqli yanaşdığını və bununla bağlı fikirlərini bölüşüb.

    “Məğlub olduğum zaman çoxları düşünür ki, mənimlə nəsə baş verib və dərhal mənə yazırlar. Keçmiş tennisçilər və ya sadəcə tanımadığım insanlar soruşurlar ki, hər şey qaydasındadırmı? Mən isə cavab verirəm: ‘Sadəcə bir neçə oyunu uduzmuşam, problem yoxdur’.”

    O bildirib ki, ardıcıl iki oyunda məğlub olmasının insanlar tərəfindən şişirdildiyini düşünür:

    “Təbii ki, belə nəticələr məni məmnun etmir. Ancaq idmanda uğurlar və uğursuzluqlar həmişə olub və olacaq. İnsanlar deyirlər ki, ‘Sən iki oyundur uduzursan, yəqin nəsə düz getmir’, amma mən top-5 oyunçusu olmasaydım, heç kim bu barədə danışmazdı. Ancaq zirvədə olmaq belədir – hər zaman qələbə gözləyirlər. Özüm də hər zaman qələbə qazanmaq istəyirəm.”

    21 yaşlı tennisçi karyerasına çox erkən başladığını və insanların bunun fərqində olmadığını vurğulayıb:

    “Çox gənc yaşda peşəkar karyerama başladım, buna görə də insanlar bəzən yaşımı unudurlar. Həyatda özümü hələ də gənc hiss edirəm, amma tennisdə artıq orta yaşlı biri kimi görünürəm. Altı ildir ki, peşəkar səviyyədə oynayıram, amma cəmi 21 yaşım var. Hələ də bu yaşa uyğun səhvlər edirəm. Ola bilər ki, 25 yaşım olanda hər şeyi başa düşüm”, – deyə Qauff fikirlərini tamamlayıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni