More

    Kriştiano Ronaldo 2026 Dünya Çempionatını sonuncu mundialı kimi görür

    Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo 2026-cı ildə keçiriləcək dünya çempionatının karyerasındakı son mundial olacağını açıqlayıb. 40 yaşlı futbolçu bu barədə Səudiyyə Ərəbistanında təşkil edilən turizm forumunda EFE agentliyinə danışıb.

    Ronaldo bildirib ki, həmin ilin mundialında 41 yaşında olacaq və artıq futbolun dadını çıxarmağa çalışır: “Bəli, bu doğrudur. Artıq demişəm, indi futboldan zövq alıram”.

    Qeyd edək ki, 2026-cı il dünya çempionatı ilk dəfə olaraq Kanada, Meksika və ABŞ-da keçiriləcək və 48 milli komandanın iştirakı ilə təşkil olunacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni