Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında “Qızıl buts” aldı

40 yaşlı əfsanəvi portuqaliyalı hücumçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında “Qızıl buts” mükafatına layiq görülüb. Futbolçuya mükafat “Əl-Nasr”ın “Əl-Xolud” üzərində 2:0 hesablı qələbəsindən əvvəl təqdim olunub.

“Əl-Nasr”ın hücumçusu artıq ikinci mövsümdür ki, ölkə çempionatının ən yaxşı bombardiri adına sahib çıxır. Keçən mövsümdə Ronaldu 25 qolla turnirin ən məhsuldar futbolçusu olub. Bu nəticə ilə o, “Əl-Əhli”nin oyunçusu Ayven Touni (23 qol) və “Əl-İttihad”ın hücumçusu Karim Benzemanı (21 qol) qabaqlayıb.

Yeni mövsümə start

Yeni mövsümdə Ronaldu hələlik iki matçda meydana çıxıb və bir qol vurub. Ümumilikdə isə portuqaliyalı ulduz “Əl-Nasr”ın heyətində 109 oyunda 95 qolun müəllifi olub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni