Kriştianu Ronaldunun rekord səviyyəli illik maaşı açıqlandı

Beş dəfə “Qızıl top” mükafatına layiq görülmüş portuqaliyalı superulduz Kriştianu Ronaldu, Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu ilə yeni müqaviləyə əsasən futbol dünyasında rekord sayılan illik 263 milyon avro maaş alacaq.

Sport-az.com xəbər verir ki, bu barədə məlumatı tanınmış idman jurnalisti Tankredi Palmeri “X” sosial şəbəkəsindəki hesabında yayımlayıb.

Müqayisə üçün qeyd edək ki:

  • “Əl-İttihad” klubunda çıxış edən fransız ulduz Kərim Benzema
  • ABŞ-ın “İnter Mayami” komandasında oynayan argentinalı əfsanə Lionel Messi
    hazırda illik 200 milyon avro gəlir əldə edirlər.

Ronaldu bu məbləğlə yalnız meydanda deyil, maliyyə baxımından da futbol tarixində iz qoymağa davam edir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni