La Liqada El-Klasiko matçlarının tarixləri açıqlanıb

İspaniya La Liqasında mövsümün ən çox gözlənilən qarşılaşmalarından biri olan El-Klasiko – “Barselona” və “Real Madrid” arasında baş tutacaq oyunların təxmini tarixləri məlum olub.

La Liqanın yaydığı cədvələ əsasən, mövsümdəki ilk El-Klasiko 10-cu turda baş tutacaq. Qarşılaşma 26 oktyabr 2025-ci il, bazar günü Madriddə keçiriləcək.

İkinci qarşılaşma isə 35-ci tura təsadüf edir. Bu oyun mövsümün sonuna yaxın keçiriləcək və təxmini tarix 10 may 2026-cı il olaraq göstərilib.

La Liqanın verdiyi açıqlamaya görə, bu tarixlər öncədən planlaşdırılıb və rəsmi təsdiqdən sonra dəyişikliklər ola bilər – bu, turnir cədvəlindəki vəziyyətə və yayım hüquqları ilə bağlı texniki detallara bağlıdır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni