“Barselona” klubunun 17 yaşlı hücumçusu Lamin Yamal Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) tərəfindən dünyanın ən bahalı futbolçusu kimi tanınıb.
Sport-az.com xəbər verir ki, gənc istedadın “Barselona” ilə müqaviləsinin 2031-ci ilə qədər uzadılmasından sonra onun bazar dəyəri 402,3 milyon avro olaraq qiymətləndirilib. Bu rəqəm onu dünya futbolçuları arasında birinci yerə çıxarıb.
CIES-in versiyasına görə dünyanın 10 ən dəyərli futbolçusu:
- Lamin Yamal (“Barselona”) – 402.3 milyon avro
- Erling Haaland (“Mançester Siti”) – 239.6 milyon avro
- Jude Bellingham (“Real Madrid”) – 233.8 milyon avro
- Kylian Mbappe (“Real Madrid”) – 192.5 milyon avro
- Jamal Musiala (“Bavariya”) – 154.8 milyon avro
- Pedri (“Barselona”) – 143.7 milyon avro
- Vinicius Junior (“Real Madrid”) – 130.4 milyon avro
- Cole Palmer (“Çelsi”) – 126.5 milyon avro
- Julian Alvarez (“Atletiko”) – 126 milyon avro
- Florian Wirtz (“Bayer”) – 122.3 milyon avro
Gənc forvard ötən mövsüm klub səviyyəsində 55 oyunda iştirak edib, bu oyunlarda 18 qol vurub və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Bu göstəricilər onun sürətlə dünya futbolunun zirvəsinə yüksəlməsinə səbəb olub.



