Milanın “İnter” klubunun və Argentina millisinin hücumçusu Lautaro Martines milli komandanın ən yaxşı beş qolçusu sırasına daxil olub.
Forvard, DÇ-2026 seçmə mərhələsinin 12-ci turunda Peruya qarşı keçirilən oyunda (1:0) vurduğu qolla qol sayını 52-yə çatdırıb.
Argentina millisinin bombardirlər siyahısında Lautaro Martines əfsanəvi Dieqo Maradona ilə beşinci yeri bölüşür. Siyahıda ondan yuxarıda Ernan Krespo (35 qol), Serxio Aquero (41 qol), Qabriel Batistuta (55 qol) və Lionel Messi (112 qol) qərarlaşıb.
Martinesin bu mövqeyə yüksəlməsi üçün milli komandada 70 oyun keçirmək kifayət edib.