More

    Leandro Andrade “Atletik”in Tarixində Ən Erkən Qol Rekordunu Qırdı

    “Qarabağ”ın 26 yaşlı yarımmüdafiəçisi Leandro Andrade “Atletik Bilbao”ya qarşı vurduğu qolla İspaniya klubunun Çempionlar Liqası tarixində yeni rekord qurub.

    Bilbao-da 1:3 hesabı ilə uduzulan matçın 48-ci saniyəsində vurulan bu qol “Atletik”in buraxdığı ən erkən qol olmuşdur. Andrade sabiq danimarkalı oyunçu Yan Sorenseni (1998/99 mövsümündə 85-ci saniyədə Rusenborgdan) qabaqlayaraq, rəkord sahibi olmuşdur.

    Andrade-nin vurduğu top mövsümün ən erkən ÇL qolu kimi qeydə alınıb. O, UEFA-nın üç fərqli turnirində (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası) ilk dəqiqədə qol vuran yeganə futbolçu kimi tarixə düşüb. “San Mames” stadionunda 2013-cü ildən bəri vurulan ən erkən qollar arasında dördüncü yerdədir.

    ÇL Tarixində Ən Erkən Qollar:

    • Roy Makaay – 10,12 saniyə: “Bavariya” – “Real Madrid” (2:1, 7 mart 2007)
    • Jonas – 10,96 saniyə: “Valensiya” – “Bayer” (3:1, 1 noyabr 2011)
    • Gilberto Silva – 20,07 saniyə: PSV – “Arsenal” (0:4, 25 sentyabr 2002)
    • Alessandro Del Piero – 20,12 saniyə: “Mançester Yunayted” – “Yuventus” (3:2, 1 oktyabr 1997)
    • Klarens Zedorf – 21,06 saniyə: “Şalke” – “Milan” (2:2, 28 sentyabr 2005)

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni