“Los-Anceles Leykers” klubunun lideri və ABŞ basketbolunun əfsanəsi Lebron Ceyms, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında ABŞ yığmasının heyətində oynayıb-oynamayacağı ilə bağlı öz mövqeyini bildirib.
Sport-az.com xəbər verir ki, onun fikirləri Associated Press tərəfindən yayımlanıb.
“Əslində heç nə dəyişməyib. İndiki vəziyyətə baxsaq, deyə bilərəm ki, ABŞ millisinin dəstəyini daim hiss etdirmək üçün buradayam və bu, hər zaman belə olacaq. Amma oyunçu kimi karyeramın davamı? Düşünmürəm ki, bu mümkün olsun. Mən bacardığım hər şeyi verdim və ABŞ yığmasına, eləcə də Amerika basketboluna hər zaman minnətdar, sadiq və bağlı olacağam“, – deyə Ceyms vurğulayıb.
Lebron Ceymsin karyerası: Tarixin səhifələrinə yazılmış ad
- 4 qat NBA çempionu
- 3 dəfə Olimpiya qızıl medalçısı (2008, 2012, 2021)
- 40 yaşında, 22-ci NBA mövsümünü başa vurub
Əgər Ceyms növbəti mövsümdə də meydana çıxarsa, 23-cü mövsümünü keçirərək NBA tarixində yeni rekord müəyyən edə bilər. Bu, onu liqanın ən uzunömürlü və sabit oyunçularından biri kimi təsdiqləyəcək.
Lebronun 2028 Olimpiadasında tamaşaçı və simvolik lider kimi iştirak etməsi istisna olunmur. Lakin onun sözlərinə əsasən, aktiv idmançı kimi dönüş gözlənilmir.