More

    Lebron Ceyms yaratdığı basketbol liqası: Azərbaycan üçün hansı imkanlar açır?

    Los-Anceles “Leikers” komandasının ulduzu Lebron Ceyms və onun biznes tərəfdaşı Meverik Karter Avropada yeni bir basketbol liqası yaratmaq üçün investor qrupu formalaşdırırlar. Bu layihənin məqsədi ənənəvi ABŞ basketbolundan fərqli, daha çox Avropa üslubunda oynanacaq yarış təşkil edərək NBA-yə ciddi rəqabət yaratmaqdır.

    Jurnalist Brayan Vindhorstun məlumatına görə, yeni liqanın oyunları Avropanın müxtəlif şəhərlərində keçiriləcək və bu, Avropada basketbolun inkişaf edən tempini nəzərə alaraq Azərbaycanın da daxil olduğu ölkələr üçün maraqlı ola bilər. Əgər Azərbaycan tərəfi belə bir layihəyə maraq göstərərsə, Lebron Ceymsin Bakıya səfəri də mümkündür.

    Cari mövsümdə Azərbaycan basketbolunu avrokuboklarda ilk dəfə üç klub təmsil edir: “Sabah” FIBA Çempionlar Liqasında, “Neftçi” və “Abşeron Lions” isə FIBA Avropa Kubokunda çıxış edirlər.

    Məlumatlar göstərir ki, planda əlavə olaraq kişilərdən və qadınlardan ibarət ümumilikdə 12 komandanın dünyanın müxtəlif böyük şəhərlərində turneyə bənzər şəkildə yarışması nəzərdə tutulur. Bu format Formula 1 və LIV Golf kimi digər idman növlərinin beynəlxalq turne modellərindən ilhamlanıb.

    Yeni liqanın əsas fərqli cəhətlərindən biri oyunçuların tam şəkildə yarışa bağlı olmalarıdır, yəni hazırda NBA-də oynayan idmançılar bu liqaya qoşulmaq üçün NBA-dən ayrılmalıdırlar. Məlumatlara görə, layihənin 2026-cı ilin payızında start götürməsi planlaşdırılır.

    Bu təşəbbüs basketbol dünyasında yeni rəqabət mühitinin yaranmasına və Avropa basketbolunun beynəlxalq səviyyədə daha da güclənməsinə səbəb ola bilər.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni