Basketbol klubu “Lənkəran” heyətinə yeni oyunçu cəlb edib. Sport-az xəbər verir ki, cənub təmsilçisi ABŞ-dan olan müdafiəçi Terri Kollinz ilə müqavilə imzalayıb. 26 yaşlı, 191 sm boyunda olan basketbolçu müdafiə mövqeyində çıxış edir. O, son olaraq Gürcüstanın Superliqasında mübarizə aparan “Gurjaani Delta” klubunda oynayıb.
Bildirək ki, “Lənkəran” daha əvvəl amerikalı basketbolçular Maykl Rocers və Andre Ball ilə yollarını ayırmış, bunun əvəzində Vladislav Frolovu heyətə qatmışdı.



