“Bayern Münhen” klubunun vingeri Leroy Sane gələn yay Münhen klubunu azad agent kimi tərk edə bilər. Sport-az.com xəbər verir ki, bu məlumatı “Football Insider” yayıb.
Məlumata görə, mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu İngiltərə Premyer Liqasına qayıtmağa hazırlaşır. Sanenin xidmətində “Arsenal” ciddi şəkildə maraqlıdır və əgər Sane “Bayern”lə yeni müqavilə imzalamasa, London klubu onu heyətinə cəlb etməyə çalışacaq.
Leroy Sane daha əvvəl İngiltərə Premyer Liqasında “Mançester Siti” klubunda çıxış edib. Hazırda 28 yaşlı almaniyalı oyunçu cari mövsümdə “Bayern” heyətində 8 oyun keçirib və 3 qol vurub. “Transfermarkt” platforması Sanenin dəyərini 60 milyon avro olaraq qiymətləndirir.